Suriyada amerikalı hərbçilər və tərcüməçi öldürülüb, yaralılar var

Suriyanın mərkəzində, Homs vilayətində yerləşən Palmira şəhəri yaxınlığında ABŞ Silahlı Qüvvələrinin iki hərbçisi və bir amerikalı mülki tərcüməçi öldürülüb. Bu barədə Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell məlumat verib. Onun sözlərinə görə, insident nəticəsində daha üç nəfər yaralanıb. Parnell bildirib ki, ABŞ hərbçiləri regionda “İslam dövləti” terror qruplaşmasına qarşı aparılan əməliyyatlara dəstək göstərirdilər. […]