2026-cı ildən etibarən xarici vətəndaşlar və qurumlar Səudiyyə Ərəbistanında daşınmaz əmlak sahibi ola biləcəklər. Ölkə rəhbərliyi bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər etməyə hazırlaşır. Bunu ölkənin bələdiyyələr və tikinti naziri Məcid əl-Həqil yerli televiziyaya müsahibəsində deyib. Nazir qeyd edib ki, əcnəbilər Məkkə, Mədinə, Ciddə və ər-Riyad şəhərləri istisna olmaqla, istənilən yerdə daşınmaz əmlak sahibi ola biləcəklər. […]