Pənah Hüseyn siyasətdən GEDİR?.. 

Dekabrın 14-də Azərbaycan Xalq Partiyasının VII (növbədənkənar) qurultayı keçirilib. Qurultayda partiyanın sədri Pənah Hüseynin istefası qəbul edilib. Qurultayın qərarı ilə sədr müavini Qiyas Sadıqov AXP-nin yeni sədri seçilib. Bəs Pənah Hüseyn bundan sonra hansı fəaliyyətlə məşğul olacaq, o yenə də siyasi səhnədə qalmağa davam edəcəkmi?...