Azərbaycanda Rəqəmsal Logistika Platformasının “Ticarət bələdçisi” modulu istifadəyə hazırdır. Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib. “Prezident İlham Əliyevin idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər barədə imzaladığı fərman rəqəmsal iqtisadiyyatın inkişafına, xarici ticarət əməliyyatlarının sürətləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, Azərbaycanın beynəlxalq logistika zəncirlərində mövqeyinin […]