®AFB Bank müştəri xidmətlərinin əlçatanlığını və keyfiyyətini artırmaq məqsədilə filial şəbəkəsini genişləndirir. Bankın 12-ci satış nöqtəsi olan “Neftçilər” filialı bugündən rəsmi olaraq fəaliyyətə başlayıb. Yeni filialın açılış mərasimində AFB Bank-ın Müşahidə Şurasının sədri Vüsal Şahverdiyev, İdarə Heyətinin sədri Amid Qənbərov, İdarə Heyətinin üzvləri, filial direktoru, eləcə də Bankın biznes və digər departamentlərinin direktorları iştirak ediblər. […]