Hazırda hedc-fondlar yeni gəlir mənbələri axtarışı ilə əmtəə bazarlarına axışır

Hedc-fondlar və treydinq şirkətləri yeni gəlir əldə etmək üçün fiziki əmtəə bazarlarına daxil olurlar, amma “Trafigura” və “Vitol” kimi təcrübəli şirkətlərin illər ərzində topladığı bilik və məlumatlara sahib deyillər. Banker.az bildirir ki, bu barədə “Financial Times” qəzeti yazır. Maliyyə şirkətləri enerji, təbii qaz və neft üzrə müqavilələrin ticarəti ilə uzun tarixə malikdir. Lakin “Balyasny”, “Jain […]