“Notion” işçilərinə səhmlərin bir hissəsini satmağı təklif edib — Şirkət $11 milyard dəyərində qiymətləndirilir

Qeydlər, cədvəllər və layihələrlə iş üçün platforma tərtib edən “Notion” şirkəti əməkdaşlarına səhmlərin satışı üzrə tender keçirdiyini açıqlayıb. Sövdələşmə zamanı şirkətin dəyəri 11 milyard dollar olaraq qiymətləndirilib. Bu barədə məlumatlı mənbələrə istinadən “Forbes” yazır. Mənbələrin bildirdiyinə görə, bu əməliyyat mümkün IPO-ya hazırlıq çərçivəsində keçirilən “sürətli” maliyyələşmə raundlarının bir hissəsi ola bilər. Səhmləri “Sequoia Capital”, “Index […]