ABŞ-nin texnologiya nəhəngi “Amazon”un səhmləri şirkətin 2026-cı ildə məlumat emalı mərkəzləri infrastrukturunun qurulmasına təxminən 200 milyard dollar həcmində kapital yatırımı planlaşdırdığını açıqlamasından sonra Nyu-Yorkda birjadankənar ticarətdə 10% ucuzlaşıb. “Financial Times” yazır ki, analitiklər bu göstəricinin 150 milyard dolları keçməyəcəyini gözləyirdilər, çünki 2025-ci ildə bu rəqəm 130 milyard dollar olmuşdu. Nəşrin fikrincə, “investorları planlar qorxudub”, çünki […]