Dünyanın ən böyük avtomobil istehsalçısı olan “Toyota”nın baş icraçı direktoru vəzifəsinə 1 apreldən etibarən şirkətin maliyyə direktoru Kenta Kon təyin olunacaq. O, bu vəzifədə üç il əvvəl — 2023-cü ilin aprelində — təyin olunmuş Kodzi Satonu əvəz edəcək. Sato isə vitse-sədr və sənaye inkişafı üzrə baş direktor vəzifəsinə keçəcək. Şirkət bu kadr dəyişikliyini mənfəətliliyin artırılması […]