"İdrak" liseyindəki güllələnmə hadisəsi ilə bağlı jurnalistlərə çağırış edilib

"İdrak" liseyində baş vermiş insident ictimaiyyətin diqqət mərkəzində olsa da, media mənsublarının hadisə ilə bağlı bu təhsil ocağı şagirdindən açıqlama alma və yayma üsulları qətiyyən yolverilməzdir. Belə ki, qaydaların "Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı" adlı 3-cü prinsipinin 3.9-cu bəndində bildirilir ki, "jurnalist uşaqların məsumluğu və inamından sui-istifadə etməməli, hüquqlarına hörmətlə yanaşmalı, onların fikirlərinin çatdırılması ilə bağlı xüsusi məsuliyyət nümayiş etdirməli, valideynlərinin və ya qanuni himayəçilərinin icazəsi olmadan uşaqlardan müsahibə götürməməyə səy göstərməlidir".