"KPMG Law Azərbaycan" hüquq bazarında süni intellekt və innovasiyalar üzrə liderliyini nümayiş etdirir

"KPMG Law Azərbaycan" fevralın 5-də Bakıda ikinci dəfə keçirilən "LEGIS Hüquq Forumu"nda qızıl sponsor qismində iştirak edərək regionun hüquq və biznes ekosistemində innovativ yanaşmaları ön plana çıxarıb. Forum dövlət qurumlarının yüksəksəviyyəli nümayəndələrini, özəl sektor liderlərini və 1000-ə yaxın hüquq peşəkarını bir araya gətirərək hüquq sahəsində aktual çağırışlar və rəqəmsal transformasiya meyilləri üzrə geniş müzakirə mühiti yaradıb.