Azərbaycan Milli Olimpiya Komitəsi XXV Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən fiqurlu konkisürənlər Nikita Raxmanin - Karina Akopova cütlüyünün yarış proqramında siyasi və separatçı məzmun daşıyan "Arsax" adlı musiqidən istifadə etməsini ciddi narahatlıqla qarşılayıb. Azərbaycan Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinə Ermənistan idmançılarının bu addımı ilə bağlı öz etirazını bildirib.