"Epşteyn işi"nin görünməyən tərəfləri - Sənədlər açıqlandıqca suallar azalmaq əvəzinə artdı

"Epşteyn fayllarının"nın (sənədlərinin) dərc olunması həqiqət anı olmalı idi - çoxları cavabları və ədaləti gözləyirdi. Lakin bunun əvəzinə, dünya hansısa paradoksal bir şey əldə etdi: daha çox detal məlum olduqca, məsələlərə bir o qədər də az aydınlıq gətirildi. Sənədlər çoxaldı, adlar bir-birinin ardınca ortaya çıxdı, şahid ifadələri dəhşətli cinayətlərin mənzərəsini yaratdı, ancaq bütün bunların nəticəsi həqiqətin kristallaşması deyil, daha da bulanıqlaşması oldu. Faylların dərc olunması mövzunu bağlamadı, onların ictimaiyyətə açıqlanması yalnız işi məntiqi sonluğa çatdıra biləcək mexanizmlərin tamamilə yoxluğunu üzə çıxardı".