Avropa Komissiyası "TikTok"dan yetkinlik yaşına çatmayanların müdafiəsini gücləndirməyi tələb edib
Avropa Komissiyası Çinin "TikTok" platformasının Avropa İttifaqının (Aİ) Rəqəmsal Xidmətlər Qanununun (DSA) tələblərini pozduğu barədə ilkin qənaətə gəlib və şirkəti dəyişikliklər etməyə çağırıb, əks təqdirdə isə böyük məbləğdə cərimə ilə hədələyib.