İngiltərədə Azərbaycanın rəqəmsal iqtisadiyyat təcrübəsinə dair təqdimat keçirib

Azərbaycanlı iqtisadçı alim Firdovsi Fikrətzadə İngiltərənin Nottingham Universitetindən "qonaq tədqiqatçı" qismində aldığı dəvət əsasında ötən ilin dekabr ayından bu Universitetdə Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı tədqiqat aparır. Özünün sosial şəbəkə hesabında verdiyi məlumata görə, alim fevralın 5-də tədqiqatın ilkin nəticələri əsasında uğurlu təqdimat keçirib.