Alimentin ödənilməməsi hansı hüquqi məsuliyyət yaradır?

Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası Azərbaycan Respublikası Konstitusiyasına və “Məhkəmələr və hakimlər haqqında” Qanuna əsasən bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Bu qərarların icra edilməməsi hüquqi məsuliyyət yaradır və məhkəmə aktlarının vaxtında icrası hüquqi dövlət prinsipinin əsas tələblərindəndir. Alimentin ödənilməsi barədə məhkəmə qətnaməsinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə […]