Xəzər rayonunun Qala qəsəbəsində yaşayan Fuad Hüseynov iddia edir ki, yeni aldığı evinə quraşdırdığı elektrik sayğacı bir müddət sonra yoxa çıxıb. F.Hüseynovun sözlərinə görə, sayğacı qanuni şəkildə "ASAN Kommunal" xidməti vasitəsilə quraşdırıb, lakin "Azərişıq" ASC əməkdaşları onu götürüb aparıblar.