Bakıda qumardan 20 milyon əldə ediblər - gizli ofislər, kriptovalyuta və lüks avtomobillər

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə qumar oyunları təşkil edən 11 nəfərlik dəstənin cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir. Ölkə.az xəbər verir ki, müttəhimlər kürsüsünə Elmidar İsmayılzadə, onun atası Eldəniz İsmayılov, qardaşı Elvin İsmayılzadə, eləcə də Elmin Quliyev, İntiqam Rüstəmov, Şəmil Məhə...