Azərbaycan səfiri BMT-də mina təhlükəsi və keçmiş köçkünlərin qayıdışını gündəmə gətirib

Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev BMT-nin Sosial İnkişaf Komissiyasının 64-cü sessiyası çərçivəsində BMT yanında Pakistanın daimi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən iclasda münaqişələrin yaratdığı ağır sosial nəticələrə diqqət çəkib.