Sumqayıt hərbi prokuroruna yeni müavin təyin edilib

Sumqayıt hərbi prokuroruna yeni müavin təyin edilib. Bununla bağlı respublika baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Tural Həsənli şəhər hərbi prokurorunun müavini təyin edilib. Qeyd edək ki, Sumqayıt hərbi prokuroru ədliyyə polkovniki Ağakişi Acalovdur. O, bir neçə ay əvvəl həmin vəzifəyə təyin edilib.