Fransanın anti-Azərbaycan mövqeyi Qərbin Cənubi Qafqazdakı rolunu zəiflədir - ŞƏRH

Fevralın 4-də Fransa parlamenti növbəti dəfə Azərbaycanla bağlı qərəzli qətnamə qəbul etdi. Bu dəfə Fransa parlamentini Azərbaycana qarşı ağır cinayətlər törətmiş, məhkəmə qarşısına çıxarılan və ədalətli cəza alan erməniəsilli şəxslərin aqibəti narahat edib. Halbuki bu sənəd adi kağız parçasından başqa heç bir şey deyil və heç bir hüquqi qüvvəsi yoxdur. Çünki bu sənəd mahiyyət etibarilə regional reallıqlardan uzaq, siyasi motivlərlə yüklənmiş və praktiki nəticə doğurmayan bir sənəddir. Sənəd ölkənin daxili işinə qarışmaqla yanaşı, nə beynəlxalq hüquqa istinad edir, nə də Cənubi Qafqazda formalaşmış yeni reallıqları, sülhə doğru atılan addımları nəzərə alır.