"Card to card" dövrü bitir? - Hər kəsin bilməli olduğu YENİLİK

Azərbaycanda kartdan karta pul köçürmələri sahəsində yeni mərhələ başlayıb. Artıq "card to card" əməliyyatları kart prosesinq sistemi üzərindən deyil, Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilir. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu dəyişiklik bankların daxili infrastrukturunda yeniliklər yaradır və onlara bir sıra texnoloji və əməliyyat üstünlükləri qazandırır. Maraqlıdır, AÖS-ün üstünlükləri nədir? Bu sistem gündəlik pul əməliyyatlarını nə dərəcədə asanlaşdıracaq?