Sakinlərin 97%-i xoşbəxt olan, yaşıllıqlarla əhatə olunan şəhər - Portuqaliyadan reportaj

Braqa Portuqaliyanın üçüncü ən böyük şəhəridir. Ölkənin şimalında yerləşən şəhər eyniadlı rayonun və bələdiyyənin paytaxtıdır. Bir vaxtlar şəhər keltlər, romalılar və mavrlar kimi xalqlara ev sahibliyi edib. Ona görə də tarix bu şəhəri müxtəlif bədii, memarlıq və mədəni hərəkatların çalarları ilə rəngləndirib.