ABŞ-də "Netflix"in fəaliyyəti ilə bağlı araşdırma başlanıb
ABŞ Ədliyyə Nazirliyi "Netflix"in qanuni rəqabət prinsiplərini pozan metodlardan istifadə edib-etməməsini araşdırır. Araşdırma yayım platformasının "HBO Max" xidmətini də əhatə edən "Warner Bros. Discovery"ni satın alması planından qaynaqlanır.