Mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulmasına görə 30 min manatadək cərimə tətbiq ediləcək. İnzibati Xətalar Məcəlləsində bununla bağlı dəyişikliklər fevralın 1-dən qüvvəyə minib. Belə ki, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlerinin Azərbaycan Respublikasının ərazisindən qanunsuz aparılmasına görə fiziki şəxslər 3 min manat məbləğində, vəzifəli şəxslər 6 min manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə ediləcək. […]