Sulutəpə dairəsi istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib
Hazırda Bakı–Sumqayıt yolunun Sulutəpə dairəsi istiqamətində yolun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar müvəqqəti təmir-bərpa işləri aparılır. Qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.