Tıxaclara son? - Metroya dəstək, avtomobilə alternativ: Bakıya tramvay qayıdır

Ötən həftə rəsmi şəkildə açıqlanıb ki, Bakının şimal istiqamətində yerləşən qəsəbələri şəhər mərkəzi ilə birləşdirəcək "Mehdiabad - 28 May" tramvay xəttinin çəkilməsi planlaşdırılır. Dövlət Proqramında prioritet kimi yer alan bu layihə təkcə yeni nəqliyyat xəttinin yaradılması deyil, paytaxtda ictimai nəqliyyatın rolunun gücləndirilməsi və avtomobil asılılığının azaldılması məqsədi daşıyır. Xətt metro və dəmiryolu ilə inteqrasiya ediləcək, gündəlik minlərlə avtomobil səfərinin azalmasına səbəb olacaq. Bəs tramvay xətlərinin tətbiqi Bakıya nə vəd edir və bu layihə nəqliyyatdakı mövcud problemlərin həllinə hansı töhfəni verə bilər?