Ailə münasibətləri hər zaman hüquqla mənəviyyat arasında həssas tarazlıq tələb edən bir sahə olub. Cəmiyyətdə adətən aliment anlayışı valideynin övladı üçün ödədiyi vəsait kimi qəbul edilir. Lakin son illər daha bir müzakirə olunan sual aktuallaşıb: valideyn övladından aliment tələb edə bilərmi? Mənəvi baxımdan bu məsələ mübahisəlidir. Çünki övlad adətən həyatın başlanğıc mərhələsində olur, gəliri məhduddur […]