Min bir dərdin dərmanı olan bitkilər içərisində əvəlik və ələyəz xüsusi yer tutur. İnsan sağlamlığı üçün möcüzəvi faydaları olan bu bitkilər əsasən dağlıq və meşəlik ərazilərdə yabanı halda bitir. Naxçıvan dağlarının əvəzolunmaz nemətləri sayılan əvəlik və ələyəzdən indi də geniş istifadə olunur.