Kobaxidze Türkiyəni Azərbaycanla birləşdirəcək yolun tamamlanacağı vaxtı açıqlayıb

Gürcüstanda Türkiyə sərhədindən Azərbaycan və Ermənistan sərhədlərinədək yolun demək olar bütün əsas hissələrinin inşası 2030-cu ilin sonuna qədər başa çatdırılacaq. Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib. O qeyd edib ki, Gürcüstan hökuməti ölkənin strateji mövqeyindən maksimum şəkildə istifadə etməyə çalışır. “Əsas vəzifələrimizdən biri də ölkənin nəqliyyat və tranzit funksiyasını inkişaf etdirməkdən ibarətdir. Bu istiqamətə […]