Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: "Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi"

Azərbaycanda polietilen torbaların qiymətində artım qeydə alınıb. Artıq kiçikölçülü torbalar 5 qəpik, böyük torbalar isə 7 qəpikdən satışa çıxarılır. Əslində hökumətin bu sahəyə müdaxiləsi 2021-ci ildə qəbul edilən qərarla başlamışdı. Həmin qərara əsasən, mağazalarda 15-50 mikron qalınlığında olan torbaların pulsuz verilməsinə son qoyuldu və 2023-cü ilin fevralında ölkənin bütün iri ticarət şəbəkələrində pullu satış tam şəkildə tətbiq edildi. Məqsəd plastik tullantıların azaldılması, əhalinin isə tədricən ekoloji təmiz alternativlərə yönləndirilməsi idi. Lakin illər keçməsinə baxmayaraq, real nəticələrin gözlənildiyi qədər olmadığını müşahidə etmək mümkündür.