Bir zamanlar "qız hara, futbol hara?" kimi yanaşmalar səslənsə də, bu gün Azərbaycanda qadın futbolu sürətli inkişafı ilə diqqət çəkir. Son illərin dinamikası göstərir ki, xanımlarımız yaşıl meydanlarda öz yerlərini möhkəmləndirməkdə israrlıdırlar. Maraqlıdır ki, bu sahədə legioner həyatı yaşayan qadın futbolçularımızın sayı artır. Qadın futbolçularımız Avropanın müxtəlif ölkələrində, güclü və iddialı klubların heyətində uğurla çıxış edirlər.