Livanda son həftələrdə ikinci dəfə bina çökdü: İtki sayı artır

Bazar günü Livanın şimal bölgəsində yerləşən Tripoli şəhərində yaşayış binasının uçması nəticəsində həyatını itirənlərin sayı doqquz nəfərə yüksəlib. Qeyd edək ki, bu, son bir neçə həftə ərzində ölkədə qeydə alınan analoji ikinci hadisədir.