Gömrük xərcləri artsa da, "Li Auto" qiymətləri sabit saxlayır

Gömrük rüsumlarında baş verən artımlara baxmayaraq, "Li Auto" Azərbaycan bazarında müştəriyönümlü yanaşmasını davam etdirir. Brend mövcud bazar şərtlərini və iqtisadi dəyişiklikləri nəzərə alaraq, müştərilərin maraqlarını ön planda saxlayıb və dekabr ayında tətbiq edilən qiymətləri qorumaq qərarına gəlib.