Üç min hektardan çox torpaqla bağlı qanunsuz bələdiyyə qərarları ləğv olunub

"İnzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 3 142 ha torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib".