Nyukasl" - "Qarabağ" oyunu üçün vauçerlər artıq satışdadır Nyukasl" - "Qarabağ" oyunu üçün vauçerlər artıq satışdadır UEFA Çempionlar Liqasının "Play-off" mərhələsi çərçivəsində keçiriləcək "Nyukasl" (İngiltərə) - "Qarabağ" FK matçını "ST James' Park"da izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az saytında onlayn şəkildə satışdadır. Biletlərin qiyməti: 115 AZN. Vauçerləri ilkin olaraq iTicket.az-dan əldə edəcəksiniz. Oyun gününə qədər isə biletiniz sifariş zamanı göstərdiyiniz e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək. Azarkeşlərimiz üçün "ST James' Park"da 2466 yer ayrılıb. Xahiş və tələb olunur ki, e-mail ünvanınızı düzgün yazdığınızdan əmin olun - biletlər yalnız göstərdiyiniz e-mail ünvanına göndəriləcək. Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu fevralın 24-ü Bakı vaxtı ilə 23:59-da, yerli vaxtla isə ( İngiltərə) saat 20:00-da start götürəcək.