Britaniya Baş nazirinin kommunikasiyalar rəhbəri Epşteyn işi ilə bağlı istefa verib

Böyük Britaniyanın Baş naziri Kir Starmerin ictimaiyyətlə əlaqələr üzrə icraçı direktoru Tim Allan ABŞ-dəki keçmiş Britaniya səfiri Piter Mandelssonun maliyyəçi Ceffri Epşteynlə əlaqələri ilə bağlı qalmaqal fonunda istefa verib.