Vensin səfərinə İlham Əliyevlə Donald Trampın Vaşinqton və Davosda dialoqunun davamı kimi də yanaşmaq olar - RƏY

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq layihələrinin yer aldığı gündəliklə Bakıya səfər edir. Xüsusi ilə nəzərə alsaq ki, sonuncu dəfə Birləşmiş Ştatlar vitse-prezident səviyyəsində ölkəmizə 18 il əvvəl, 2008-ci ilin sentyabrında səfər təşkil etmişdi.