“Strategy” daha 90 milyon dollarlıq bitkoin alıb

“Strategy” (keçmiş “MicroStrategy”) 2 yanvar–8 fevral tarixləri arasında orta hesabla 78 815 dollar qiymətlə 1 142 bitkoini ümumilikdə 90 milyon dollara aldığını açıqlayıb. 8 fevral tarixinə olan məlumata görə, şirkətin balansında 714 644 bitkoin var ki, bu da ümumi emissiyanın 3%-dən çoxuna bərabərdir. Şirkət 2020-ci ildən bəri bitkoin alışına ümumilikdə təxminən 54,35 milyard dollar xərcləyib. […]