İspaniyada maşinistlər tətil etdi, 300-dan çox qatar reysi ləğv olundu

İspaniyada qatar maşinistlərinin üçgünlük tətili başlayıb. Nəticədə elə ilk gündə 330-dan çox yüksəksürətli, sərnişin və şəhərətrafı qatar xidmətləri ləğv edilib. Tətilçilər ölkənin dəmir yollarında təhlükəsizlik standartlarının aşağı olmasına etiraz edirlər.