Pensiyaçıların rifahı: Azərbaycanda sosial dövlət modelinin prioritet istiqaməti - TƏHLİL

Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi və pensiyaçıların maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil edir. Son illər bu sahədə həyata keçirilən sistemli islahatlar və qəbul edilən qərarlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə formalaşdırılan sosialyönümlü inkişaf modelinin mühüm göstəricisidir. Bu baxımdan pensiyaların indeksləşdirilərək artırılması ilə bağlı növbəti qərar sosial müdafiə sahəsində ardıcıllığın və davamlılığın bariz nümunəsidir.