Vətəndaşlar internet provayderi vahid platforma üzərindən seçə biləcək

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkənin internet xidmətləri bazarında rəqəmsal transformasiyanın növbəti mərhələsinə start verir. İKTA-dan bildirilib ki, agentlik tərəfindən hazırlanan “Broadband Mapping” (Genişzolaqlı İnternet Xəritələmə) və “E-Connection” (Elektron Qoşulma) xidmətləri istifadəçilərə internet provayderlərini vahid platforma üzərindən seçmək, müqayisə etmək və birbaşa qoşulma müraciəti göndərmək imkanı […]