Ermənistan Baş naziri Nikol Paşinyan “Sülh Şurası” liderlərinin ilk görüşündə iştirak edəcək. O, bu barədə İrəvanda ABŞ-ın vitse-prezidenti Cey Di Venslə birgə mətbuat konfransında bildirib. Ermənistan lideri ABŞ Prezidenti Donald Trampın fevralın 19-da “Sülh Şurası”nın ilk iclasında iştirak etməklə bağlı dəvətini məmnuniyyətlə qəbul etdiyini vurğulayıb.