ABŞ ilə Ermənistan arasında nüvə enerjisi sahəsində dinc əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ-nin vitse-prezidenti Cey Di Vens imzalayıb. Sənəd iki ölkənin nüvə enerjisi sahəsində gələcək strateji qarşılıqlı fəaliyyətinin hüquqi əsasını təşkil edir. Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistanda səfərdədir.