ABŞ Ermənistana 9 milyard dollar sərmayə yatırır

ABŞ texnologiyası Ermənistana gələcək. Bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Ermənistana ilkin mərhələdə 5 milyard dollarlıq ilkin investisiya, ikinci mərhələdə isə daha 4 milyard dollar investisiya yatırılacaq. “Biz həmçinin Ermənistana 11 milyon dollar dəyərində pilotsuz kəşfiyyat texnologiyalarının satışını təsdiq etdik”, – Vens qeyd edib.