Azərbaycan bu gün əsas diqqəti süni zəka sahəsində irəliyə doğru addım atmağa yönəldir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib. Dövlət başçısı iqtisadi vəziyyətin sabit olduğunu da söyləyib: “İqtisadi vəziyyətimizə gəldikdə, o sabitdir. […]