“Alphabet” 15 milyard dollar həcmində istiqraz yerləşdirməyi planlaşdırır

“Alphabet Inc.” (“Google”un ana şirkəti) dollarla ifadə olunan istiqrazların yerləşdirilməsi yolu ilə 15 milyard dollar cəlb etməyi planlaşdırır. Bu barədə mənbələrə istinadən “Bloomberg” yazır. Əməliyyat müxtəlif ödəmə müddətlərinə malik yeddi tranş istiqrazın satışını nəzərdə tutur. Ən uzunmüddətli — 2066-cı ildə ödənişi nəzərdə tutulan istiqrazlar üçün ilkin gəlirlilik göstəricisi ABŞ Xəzinədarlığının oxşar istiqrazlarının gəlirliliyindən 1,2 faiz […]