Ermənistanda məhkəmə müxalif deputatın daşınmaz əmlakı və 700 min dollarını müsadirə edə bilər

Ermənistanda Antikorrupsiya Məhkəməsi "Daşnaksütyun" partiyasının ali orqanının nümayəndəsi, müxalifətdəki "Ermənistan" fraksiyasından olan deputat İşxan Saqatelyanın mənbyi bilinməyən əmlaklarını və 700 min dollar məbləğində pul vəsaitini müsadirə edə bilər.