ABŞ demokratların nəzarəti altında olan ştatlarda səhiyyə qrantlarını azaldır

ABŞ administrasiyası demokratların rəhbərlik etdiyi dörd ştatda səhiyyə maliyyələşdirməsini azaltmağı planlaşdırır. Qərar Kaliforniya, Minnesota, İllinoys və Kolorado ştatlarına təsir göstərib və ümumi ixtisarlar təxminən 600 milyon dollar təşkil edir.