Gəncə şəhər İcra İdarəsinə yeni rəis təyin edilib

Gəncə şəhər İcra İdarəsinə yeni rəis təyin olunub. Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmrinə əsasən, bu vəzifəyə kiçik ədliyyə müşaviri Ülvi Etibar oğlu Əlkbərli təyin olunub. Ü.Ələkbərli Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə ədliyyə orqanlarının fəaliyyəti, məhkəmə qərarlarının icrası və vətəndaşların hüquq və qanuni maraqlarının müdafiəsindən bəhs edilib.